"Dövlət rəhbərlərinə və xalqlarına acıları bölüşdüklərinə görə minnətdarlığımı bildirirəm" - Rəcəb Tayyib Ərdoğan
16 Oktyabr 2022 17:57 DünyaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bartın şəhərinin Amasra rayonunda mədəndə baş verən partlayışdan sonra başsağlığı verən dövlət rəhbərləri ilə bağlı paylaşım edib.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti öz "Twitter" səhifəsində yazıb.
"Türk xalqı adından dövlət rəhbərlərinə və xalqlarına səmimi həmrəyliklərinə, Bartında yaşadığımız acıları bölüşdüklərinə görə minnətdarlığımı bildirirəm", - deyə R.T.Ərdoğan bildirib.
Türkiyə prezidenti paylaşımında Amasra faciəsi ilə bağlı türk xalqına başsağlığı verən ölkələrin və beynəlxalq təşkilatların bayraqlarından istifadə edib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31