İstanbulda yaşayış binasında baş verən yanğın söndürülüb - VİDEO (ƏLAVƏ OLUNUB)
16 Oktyabr 2022 00:30 DünyaTürkiyənin İstanbul şəhərinin Kadıköy rayonunda 24 mərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.
Olaylar.az bildirir ki, Trend bazar günü Türkiyə KİV-lərinə istinadən xəbər verir
Məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğının səbəbi araşdırılır.
***
Türkiyənin İstanbul şəhərinin Kadıköy rayonunda yaşayış binasında güclü yanğın başlayıb.
Olaylar.az bildirir ki, bu barədə Trend şənbə günü Türkiyə KİV-lərinə istinadən xəbər verir.
Məlumata əsasən, hadisə yerinə çox sayda yanğınsöndürənlər cəlb edilib. Binanın sakinləri təhlükəsiz əraziyə təxliyə olunub.
Yanğının söndürürməsi istiqamətində işlər davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31