İki həftə ərzində yeni hökumət formalaşdırıla bilər

Yaxın iki həftə ərzində İraqın yeni hökuməti formalaşdırıla bilər.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bunu şənbə günü İraq Nümayəndələr Şurasının (parlament) deputatı, "Fərat" siyasi hərəkatı şurasının üzvü İhab Əyyad deyib.

"Hökumətin başçısı təyin edilən Məhəmməd əs-Sudani 10-15 gün ərzində yeni nazirlər kabinetini formalaşdıra biləcək", - deyə deputat bildirib.

Onun sözlərinə görə, M. əs-Sudaninin yeni hökumətin formalaşdırılması istiqamətində fəaliyyəti "parlament blokları və partiyalarından böyük siyasi dəstək alır".

"Məhəmməd əs-Sudani təyinatından bir neçə saat sonra hökumətin tərkibi ilə bağlı danışıqlara başlayıb. Danışıqlar müsbət atmosferdə gedir" - deyə deputat əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31