Kabildə partlayış BAŞ VERDİ
15 Oktyabr 2022 19:24 DünyaƏfqanıstanın Kabil şəhərinin ikinci təhlükəsizlik zonasında partlayış baş verib.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə şənbə günü Kabil Polis İdarəsinin sözçüsü Xalid Zadrana istinadən "TOLO News" telekanalı məlumat yayıb.
Məlumata əsasən, partlayış təhlükəsizlik postunun yaxınlığında baş verib. İnsident nəticəsində ölən və ya xəsarət alan olmayıb.
Fakt ilə bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31