Qırıcıları və gəmiləri Tayvana YAXINLAŞDI

Tayvanın Müdafiə Nazirliyi adaya bitişik bölgədə Çin Xalq Azadlıq Ordusunun (PLA) 5 donanma gəmisini və 23 təyyarəsini aşkar edib.

Olaylar.az sfera-ya istinadən xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi tviterdə məlumat yayıb.

İddia edilir ki, manevrlər zamanı üç "J-16" qırıcısı və bir "Su-30" Tayvan boğazının median xəttini keçib. Tayvan hərbçiləri buna hava patrullarını artırmaq, radio xəbərdarlıqları yaymaq və zenit-raket sistemlərini yerləşdirməklə cavab verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31