Türkiyədə mədəndə partlayış oldu, dağıntılar altında qalanlar var - YENİLƏNİB

Türkiyənin Bartın şəhərinin Amasra rayonunda yerli saatla 18:45-də kömür mədənində partlayış baş verib.

Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, yerin altında fəhlələrin olduğu bildirilib.

Hadisə yerinə çox sayda təcili yardım maşınları göndərilib.

Bartın valisi Nurtaç Arslan partlayışın hansı səbəbdən baş verdiyinin hələlik məlum olmadığını qeyd edib.

***

Hadisə zamanı mədəndə 87 işçinin olduğu ehtimal edilir. Ümumilikdə isə orada 400 nəfər çalışıb. Dağıntılar altında qalanlardan 6-nın hərəkətsiz vəziyyətdə qaldığı görülüb. Hadisə yerinə xeyli sayda təcili yardım briqadası cəlb olunub. 

***

Dağıntılar altından 2 fəhlə xilas edilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31