Ermənistanda hərbçiləri daşıyan maşın özlərinin basdırdıqları minaya düşdü - FOTO

Ermənistan silahlı qüvvələrinin şəxsi heyətini və hərbi əmlakını daşıyan UAZ markalı avtomobil oktyabrın 14-ü günorta saatlarında özləri tərəfindən Cermuk istiqamətində əvvəlcədən quraşdırılmış tank əleyhinə minaya düşüb.

Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə "Novosti Azerbaijan" Telegram kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, erməni hərbi qulluqçuları arasında həlak olan və yaralananlar var.

Texnika isə yararsız vəziyyətə düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31