Sergey Lebedev MDB-nin baş katibi seçilib- ÖZƏL

Olaylar.az xəbər verir ki, MDB-nin icraçı katibi vəzifəsinin adı dəyişdirilərək baş katib olub, müvafiq qərarı Birlik dövlətlərinin başçıları Astanada keçirilən sammitdə qəbul ediblər.

"Baş katib vəzifəsinin özü müəyyən dərəcədə  bizim ümumi təşkilatımızın statusunu yüksəldir", - deyə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib. MDB-nin icraçı katibi vəzifəsini Sergey Lebedev tutub. Bundan əvvəl MDB ölkələrinin rəhbərləri onun səlahiyyətlərini daha 3 il uzatmaq qərarına gəliblər. İndi o, həm də MDB-nin baş katibi olacaq. MDB-nin növbəti sammiti 2023-cü il oktyabrın 13-də Bişkekdə keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31