Türkiyə parlamenti “saxta xəbər” yayanlara qarşı həbs cəzası ilə bağlı qanunu təsdiqləyib

Olaylar.az xəbər verir ki, Türkiyə parlamenti jurnalistlərə və sosial media istifadəçilərinə "saxta xəbər" yaydıqlarına görə üç ilə qədər həbs cəzası verilməsini nəzərdə tutan qanunu təsdiqləyib. Hər biri üçün ayrıca səsvermə tələb edən 40 dəyişiklikdən ibarət qanun layihəsini Ədalət və İnkişaf Partiyası təklif edib. Avropa Şurası qanunun qəbuluna reaksiya verib və bildirib ki, "dezinformasiya" anlayışının qeyri-müəyyən tərifi və onu müşayiət edən həbsxana təhlükəsi "ən azı iyun ayında keçiriləcək prezident seçkiləri baxımından çəkindirici təsir göstərə və özünüsenzuranı artıra bilər. Avqustun sonunda Türkiyə Prezident Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fahrettin Altun demişdi ki, Reuters Türkiyəyə və xüsusən də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sistematik "yalan və manipulyasiyalar" aparatıdır. Altunun sözlərinə görə, agentlik dəfələrlə Türkiyə ilə bağlı yalan xəbərlər dərc edib və Türkiyə prezidentinin açıqlamalarını təhrif edib. O qeyd edib ki, Türkiyə "Reuters"in niyyətlərini və xidmət etdiyi məqsədləri yaxşı bilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31