İspaniya Ukraynaya HHM sistemləri verəcək
14 Oktyabr 2022 12:06 Dünyaİspaniya hakimiyyəti özlərinə məxsus dörd "Hawk" hava hücumundan müdafiə sistemini Ukraynaya göndərmək niyyətindədir.
Olaylar.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin görüşündən sonra keçirilən brifinqdə deyib.
"Mən İspaniyanın Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün dörd "Hawk" buraxılış qurğusu göndərmək barədə açıqlamasını alqışlayıram. Bu yardım NATO üzvlərinin son həftələrdə Kiyevə göndərdiyi artilleriya, hava hücumundan müdafiə və zirehli texnikalara əlavə olacaq", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31