Portuqaliya Ukraynaya Rusiya istehsalı olan helikopterlər verəcək
14 Oktyabr 2022 12:07 DünyaPortuqaliya hökuməti Ukraynaya "Kamov" konstruktor bürosu tərəfindən hazırlanmış altı yanğınsöndürmə helikopteri göndərmək qərarına gəlib.
Olaylar.az xəbər verir ki, bu barədə Portuqaliyanın müdafiə naziri Yelena Karreyras bildirib.
"Ukraynanın xahişi və Daxili İşlər Nazirliyi (Portuqaliyanın - red) ilə birlikdə hazırkı ssenariyə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə artıq istismar edə bilməyəcəyimiz "Kamov" helikopter parkımızı Ukraynanın sərəncamına verəcəyik, əslində onların uçuşa yararlılıq sertifikatları yoxdur və biz hətta onları təmir edə bilmirik", - "Diario de notisiaş" qəzeti nazirlik rəhbərinin sözlərindən sitat gətirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31