Türkiyə və Rusiya arasında qaz qovşağı ilə bağlı danışıqlar gələn həftə başlaya bilər
14 Oktyabr 2022 10:38 DünyaOlaylar.az xəbər verir ki, Türkiyə və Rusiya nümayəndə heyətləri arasında Rusiya prezidenti Vladimir Putinin təklif etdiyi qaz qovşağının yaradılması ilə bağlı danışıqlar gələn həftə başlaya bilər. Eyni zamanda, yaxın vaxtlarda Rusiya və Türkiyə tərəfləri arasında danışıqlar yerinin müəyyənləşdirilməsi planlaşdırılır. "Artıq bildiyiniz kimi, iki ölkənin liderləri müvafiq idarələrə müzakirələrə başlamaq və bu ideyanın imkanlarını çox tez öyrənməyi tapşırıblar", - deyə mənbə bildirib. Danışıqların başlanmasının dəqiq vaxtı hələlik məlum deyil. Danışıqlar başa çatdıqdan sonra iki ölkə liderlərinə ətraflı hesabat təqdim olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31