Yaponiya istiqamətində iki ballistik RAKET ATILDI
13 Oktyabr 2022 23:19 DünyaCümə axşamından cümə gününə keçən gecə Şimali Koreya Yapon dənizi istiqamətində bir neçə ballistik raket atıb.
Olaylar.az bildirir ki, bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb.
Məlumata görə, raketlər Yaponiyanın dənizdəki eksklüziv iqtisadi zonasından kənara düşüb.
Yaponiyada Şimali Koreyanın raket atması nəticəsində hər hansı dağıntı barədə məlumat verilməyib.
Həmçinin, Cənubi Koreya hərbçiləri də KXDR tərəfindən ballistik raketin buraxılması barədə məlumat veriblər.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31