"Azərbaycan və Ermənistan arasında sülhün olması üçün çalışırıq" - Fahrettin Altun

Türkiyə olaraq biz Azərbaycan və Ermənistan arasında ədalətli sülhün bərqərar olması üçün çalışırıq.

Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.

F.Altun onu da qeyd edib ki, Türkiyə prezidentinin rəhbərliyi altında Ukraynadakı vəziyyətə görə humanitar böhranı sona çatdırmaq üçün ilk gündən səylər göstərir.

"Bu səmimi səylər qlobal problemə çevrilən taxıl tədarükü üçün Türkiyənin himayəsi altında dəhlizin açılması, Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinin reallaşması ilə nəticələndi", - deyə F.Altun bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31