İraqın yeni prezidenti seçilib
13 Oktyabr 2022 20:14 Dünyaİraqda müstəqil namizəd Əbdüllətif Məhəmməd Camal Rəşid prezident seçilib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə cümə axşamı Türkiyənin Anadolu Agentliyi məlumat yayıb.
İraq parlamentində keçirilən sessiyanın ikinci turunda Əbdüllətif Məhəmməd Camal Rəşid 162 səslə ölkənin yeni prezidenti olub.
329 yerlik parlamentin ikinci tur iclasında 269 deputat iştirak edib və səs verib. Etibarlı səslərin 162-ni qazanan Camal Rəşid and içərək vəzifəsinin icrasına başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31