Avropalılar etirazlarla nəyə nail olmaq istəyirlər? ÖZƏL

Olaylar.az xəbər verir ki,Avropa ölkələrində kütləvi etiraz aksiyaları keçirilir. İştirakçılar anti-Rusiya sanksiyalarının götürülməsini və enerji resurslarının istifadəyə verilməsini tələb edirlər. Enerji tariflərinin kəskin artması həyat səviyyəsinin eyni dərəcədə sürətlə aşağı düşməsinə səbəb olub.  Avstriyada vətəndaşlar hökumətdən Ukrayna münaqişəsində neytrallığı, sanksiyaların ləğvini və Rusiyadan enerji tədarükünün təminatlarını tələb ediblər.

İtaliyada da minlərlə nümayiş keçirilir. Qeyd olunur ki, hazırda ölkədə rekord işsizlik hökm sürür. Oktyabrın 13-də 2000 işçi küçələri bağlayaraq kütləvi etiraz aksiyasına çıxıb. Onlar yerli enerji şirkəti Ansaldo Energy-nin bağlanmasına qarşıdırlar. 

Çexiyada isə sakinlər hökumətdən Rusiya qazını almağa başlamağı tələb edirlər. Onlar anti-Rusiya sanksiyalarına və hazırkı hökumətin istefasına etiraz ediblər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31