Qubernator Xerson vilayətinin sakinlərinin Rusiyanın digər bölgələrinə köçürülməsini xahiş edib- ÖZƏL
13 Oktyabr 2022 17:19 DünyaOlaylar.az xəbər verir ki, Xerson vilayətinin qubernatoru vəzifəsini icra edən Vladimir Saldo kömək üçün Rusiya rəhbərliyinə müraciət edib. O, yerli sakinlərin Rusiya Federasiyasının digər bölgələrinə getməsini təşkil etmək üçün kömək istəyib. Həmçinin, Xerson vilayətinin hakimiyyət orqanları Ukrayna Silahlı Qüvvələrinin "raket zərbələrinin nəticələrindən qorunmaq" üçün belə bir istəyi olan vətəndaşlara regionu tərk etməyi təklif edib. İlk növbədə, qonşu Krıma, Rostov vilayətinə, Krasnodar diyarına və Stavropol diyarına getməkdən haqqında düşünülüb. "Ölkə rəhbərliyinə müraciət edərək, bu cür işlərin təşkilində sizdən kömək istəmək istəyirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31