İsrail Rusiya ordusunun istifadə etdiyi İran İHA-ları haqqında məlumatları Ukraynaya verir ÖZƏL

Olaylar.az xəbər verir ki, İsrail Rusiya hərbçilərinin xüsusi əməliyyat zamanı istifadə etdiyi İran pilotsuz təyyarələri ilə bağlı kəşfiyyat məlumatlarını Ukraynaya verir. Bu barədə adı gizli tutulan ukraynalı məmur məlumat verib. Xəbərdə qeyd olunur ki, İsrailin özəl firması Rusiya hərbçilərinin mövqelərinin peyk şəkillərini də Ukraynaya ötürür. 

Eyni zamanda İsrail Ukraynaya Kiyevin tələb etdiyi hava hücumundan müdafiə sistemləri və Barak hava hücumundan müdafiə sistemləri verməkdən imtina edib. Səbəb olaraq Təl-Əvivin  Rusiya Federasiyasının hərbi mövcudluğunun olduğu Suriyada İsrailin aviazərbələrinə mane olmaq üçün Rusiyanı təhrik etmək istəməməsi olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31