İspaniyada tələbə imtahan suallarının cavablarını 11 qələm üzərində yazıb - FOTO
13 Oktyabr 2022 10:34 DünyaMalaqa Universitetinin hüquq üzrə müəllimi Yolanda Le Luki sosial şəbəkədə imtahan zamanı tələbədən aldığı qələmlərin fotosunu yerləşdirib.
Gənc oğlan 11 qələm üzərində İspaniyanın cinayət-prosessual məcəlləsindən çıxarışları həkk edib.
Müəllim bildirib ki, bu qələmləri vaxtilə ona imtahan verməyə gələn tələbədən alıb. O, indiki tələbələrin belə zəhmətə alışmadıqlarını və yalnız "düymə basmaqla" yaşadıqlarını bildirib.
Professorun paylaşımı yüzminlərlə bəyənmə toplayıb və on minlərlə dəfə retvit edilərək populyarlaşıb.
Yolanda bu "sənətkarın" İspaniya hüququ üzrə imtahandan keçib-keçmədiyini deməyib.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31