Hulusi Akar və Yens Stoltenberq arasında görüş olub
12 Oktyabr 2022 22:09 DünyaTürkiyə milli müdafiə naziri Hulusi Akarla NATO Baş katibi Yens Stoltenberq arasında Brüsseldə görüş keçirilib.
Olaylar.az milli.az-a istinadən xəbər verir ki, görüşdə Akar NATO-da üzərinə düşən öhdəlikləri yerinə yetirən Türkiyənin bundan sonra da bunu davam etdirəcəyini bildirib.
Stoltenberq Türkiyənin NATO-da mühüm müttəfiq olduğunu, taxıl dəhlizində, qlobal ərzaq böhranının həllində və əsir mübadiləsində fəal rol oynadığı üçün Türkiyəyə təşəkkür edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31