Rusiya Prezidentinin valideynlərinin məzarı üzərinə məktub qoyan şəxsə CİNAYƏT İŞİ AÇILDI

Rusiya Prezidenti Vladimir Putinin valideynlərinin məzarı üzərinə məktub qoyan 60 yaşlı Sankt-Peterburq sakini İrina Tsıbanevaya qarşı cinayət işi açılıb.

Olaylar.az konkret.az-a istinadən xəbər verir ki, Primorski Rayon Məhkəməsi 60 yaşlı İrina Tsıbanevanın həbs müddətini 72 saat uzadıb. Onun əməli siyasi nifrət yaratmaqda, dəfn yerlərini təhqir etməkdə şübhəli bilinir.

Məlumata görə, oktyabrın 6-da bir qadın Serafimovski qəbiristanlığında Rusiya prezidentin valideynlərinin məzarı üzərinə təhqiramiz məzmunlu qeydlər qoyub.

Hüquq-mühafizə orqanları bunu "cəmiyyətdə qəbul edilmiş normalara zidd olan kinli, əxlaqsız hərəkətlər" kimi qiymətləndiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31