Türk Hava Yollarına məxsus təyyarə İndoneziyaya məcburi eniş edib- ÖZƏL

Olaylar.az xəbər verir ki, İstanbuldan İndoneziyanın paytaxtı Cakartaya uçan Türk Hava Yollarına məxsus sərnişin təyyarəsinin göyərtəsində fövqəladə vəziyyət yaranıb.

Yerli KİV-in məlumatına görə, təyyarədə sərxoş vəziyyətdə olan indoneziyalı sərnişinlərdən biri onun ünvanına deyilən iradlara və müəyyən edilmiş qaydanı pozmamaq tələbinə şiddətlə reaksiya verib. Həmin şəxs stüardessaya hücum edərək onu döyüb, bundan sonra ekipaj hadisə barədə dispetçerə məlumat verib və təyyarə İndoneziyanın Şimali Sumatra əyalətinin Medan şəhərinin hava limanına yönləndirilib. Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31