Peskov G7-nin planlarını “saf quldurluq” adlandırıb ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov G7 ölkələrinin xaricdəki Rusiya aktivlərinin Kiyevə köçürülməsini nəzərdən keçirməsini "saf banditizm" adlandırıb.

Kreml sözçüsü belə bir qərarın beynəlxalq hüququn bütün normalarına zidd olduğunu vurğulayıb. "Bu, sırf beynəlxalq quldurluqdur" deyən Peskov belə mövzuların beynəlxalq forumların gündəmində olmasından təəssüfləndiyini bildirib.

G7 ölkələri birgə bəyanatda Ukraynanın yenidən qurulmasında Rusiya aktivlərindən istifadə yollarını araşdırmağı planlaşdırdıqlarını təsdiqləyiblər. Sənəddə deyilir ki, G7 dövlətləri Ukrayna prezidenti Vladimir Zelenskinin "ədalətli sülh"ə hazır olmasını alqışlayır, bura "Ukraynanın bərpası və yenidən qurulmasının təmin edilməsi, o cümlədən bunun Rusiyadan gələn vəsaitlər hesabına həyata keçirilməsi imkanlarının araşdırılması" daxildir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31