Ukrayna kəşfiyyatından Krım körpüsündə partlayışla bağlı məlumatlara cavab ÖZƏL
12 Oktyabr 2022 13:07 DünyaOlaylar.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyi Krım körpüsündə terror aktının təşkilində Ukrayna hərbi idarəsinin iştirakı ilə bağlı Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin təqdim etdiyi məlumatları şərh etməyib. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov deyib ki,: "Biz onların müntəzəm bəyanatlarını şərh etməyəcəyik". FSB-nin daha əvvəl bildirdiyi kimi, Krım körpüsündə terror aktının təşkilatçısı Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi, xüsusən də onun rəhbəri Kirill Budanov olub. İdarənin məlumatına görə, partlayıcı qurğu avqustun əvvəlində Odessa limanından Bolqarıstana göndərilmiş polietilen plyonka ilə rulonlarda gizlədilib. Araşdırmalar nəticəsində beş Rusiya, üç Ukrayna və Ermənistan vətəndaşı saxlanılıb.