Zaporojye AES-in enerji təchizatı bərpa edilib

Zaporojye Atom Elektrik Stansiyasına elektrik enerjisinin verilməsi bərpa olunub.

Olaylar.az xəbər verir ki, bu barədə yerli hərbi-mülki administrasiyanın üzvü, "Biz Rusiya ilə birlikdəyik" hərəkatının lideri Vladimir Roqov məlumat verib.

"Zaporojye atom elektrik stansiyasının normal enerji təchizatı bərpa edilib. Stand-by dizel generatorları bir saatdan az müddətə istifadə ediləcək vəziyyətə gətirilib", - Roqov Telegram kanalında yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31