Finlandiya XİN:" Finlandiya ABŞ, Britaniya kimi ölkələrdən dəstək zəmanəti alıb"- ÖZƏL

Olaylar.az xəbər verir ki, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bildirib ki, Finlandiyanın hələ Şimali Atlantika Alyansının faktiki üzvü olmamasına baxmayaraq, ölkəsi birbaşa təhdid halında NATO üzv ölkələrindən dəstək alacaq. Onun sözlərinə görə, Finlandiya ABŞ, Britaniya və bir sıra "əsas Avropa ölkələrindən" dəstək zəmanəti alıb. "İnanıram ki, Finlandiya hansı təhlükə ilə üzləşsə də, biz hələ alyansın üzvü olmasaq da, tərəfdaşlardan kömək alacağıq". Nazir onu da əlavə edib ki, "Şimal axını"nda baş verən partlayışlardan sonra Baltik dənizi ölkələri su hövzəsinin monitorinqini və hücuma məruz qala biləcək kritik infrastruktur obyektlərində təhlükəsizlik tədbirlərini gücləndiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31