ABŞ Konqresi Kiyevi maliyyələşdirməkdən imtina edəcək ÖZƏL
12 Oktyabr 2022 11:14 DünyaOlaylar.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden Ukrayna lideri Volodimir Zelenskidən ABŞ-dan kifayət qədər hərbi yardım göstərilməməsindən şikayət etməyi dayandırmağı tələb edib. Əks halda, Konqres Kiyevi maliyyələşdirməkdən imtina edəcək. Bu barədə "The Washington Post" yazır. Amerika elitasının nümayəndələri arasında Kiyevə böyük maliyyə yardımı ilə bağlı parçalanma artır. Keçən həftə Co Bayden 625 milyon dollarlıq yeni saziş təqdim edib. Bəzi amerikalı siyasətçilərin fikrincə, bu pul ABŞ-ın özündə inflyasiya ilə mübarizə üçün istifadə oluna bilər. Bundan əlavə, qarşıdan gələn soyuq havanı nəzərə alaraq, Baydenin avropalı müttəfiqlərini sanksiyaların haqlı olduğuna inandırmaq cəhdi getdikcə çətinləşir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31