Krım körpüsünü partladan bombaların harada gizlədildiyi məlum olub- ÖZƏL

Olaylar.az xəbər verir ki, Krım körpüsünü partladan bombaların harada gizlədildiyi məlum olub. Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi (TsOS FSB) Krım körpüsünə hücum üçün nəzərdə tutulan partlayıcı qurğunun film rulonlarında gizləndiyini bildirib. "Partlayıcı qurğu ümumi çəkisi 22 770 kq olan 22 altlıq üzərində tikinti polietilen plyonka ilə rulonlarda kamuflyaj edilib". Bildirilir ki, avqustun əvvəlində "Translogistik UA" MMC (Kiyev) və Baltex Capital S.A. arasında bağlanmış müqavilə əsasında Odessa dəniz limanından Bolqarıstanın Ruse şəhərinə partlayıcı maddələr göndərilib.  Rusiya FTX-si Krım körpüsündə törədilən terror aktı ilə bağlı cinayət işi üzrə beş Rusiya Federasiyası, üç Ukrayna vətəndaşını və bir Ermənistan vətəndaşını saxlayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31