Yol üstündə dava düşdü: Sürücünü dönər bıçağı qana boyadı - VİDEO
12 Oktyabr 2022 10:13 DünyaOlaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "İHA"-nın məlumatına görə, İstanbulun Fatih rayonunda zibil konteynerlərindən karton yığan şəxslə minik maşınının sürücüsü arasında başlayan mübahisə qanla bitib.
Belə ki, minik avtomobilinin sürücüsü karton yığan kişidən hərəkətə maneə yaratdığını əsas gətirərək motosikletini yoldan çəkməyi tələb edib.
Tərəflər arasında başlayan söz mübahisəsi karton yığan şəxsin dönər bıçağına əl atması ilə bitib.
Ərtafdakı şəxslər dərhal təcili tibbi yardım xidmətinə müraciət edib.
Xəstəxanaya çatdırılan şəxs reanimasiyaya yerləşdirilib. Həkimlər onun səhhətini qənaətbəxş olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31