Hulusi Akar və Sergey Şoyqu arasında telefon danışığı olub
11 Oktyabr 2022 20:54 DünyaTürkiyə milli müdafiə naziri Hulusi Akar və rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı baş tutub.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Tərəflər Ukrayna və Suriya başda olmaqla regional problemləri, təhlükəsizlik məsələlərini müzakirə ediblər.
H.Akar Ukraynada təcili atəşkəs elan edilməsinin önəmini bir daha vurğulayıb.
Türk nazir həmçinin taxıl dəhlizi ilə bağlı gedişatdan danışıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31