Ukrayna altı bölgəyə raket zərbələri endirildiyini bildirib

Olaylar.az xəbər verir ki, ukraynalı jurnalistlər ölkənin altı regionunda: Kiyev, Vinnitsa, Rivne, Dnepropetrovsk, Odessa və Nikolayev vilayətlərində yeni partlayışlar barədə məlumat veriblər. Bütün Ukrayna ərazisində hava həyəcanı elan edilib. Bildirilir ki, Vinnitsa vilayətindəki Ladıjin İES-də raket zərbələri nəticəsində elektrik avadanlıqları zədələnib, qatarlar gecikməyə başlayıb. Bundan əlavə, ən böyük mədən şirkətlərindən biri olan Ferrexpo elektrik enerjisinin kəsilməsi səbəbindən fəaliyyətini müvəqqəti dayandırıb. 

Rusiya Müdafiə Nazirliyi bəyan edibi ki, oktyabrın 11-də Rusiya hərbçiləri Ukraynanın hərbi komandanlıq və idarəetmə obyektlərinə və enerji sisteminə kütləvi, dəqiq zərbələr endirməkdə davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31