Ərdoğanla Putin sabah görüşə bilər
11 Oktyabr 2022 15:21 DünyaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin oktyabrın 12-də Qazaxıstanda görüşə bilər.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri yazır.
Qeyd olunur ki, görüş Astanada Asiyada etimad tədbirləri və əməkdaşlıq üzrə iclas çərçivəsində baş tuta bilər.
Xatırladaq ki, ötən gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov V.Putinin Astanaya səfər edəcəyini bildirmiş və tərəflər arasında görüşün ola biləcəyini istisna etməmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31