Tualetə gedən kişini pələng parçaladı

Hindistanın Bihar əyalətindəki "Valmiki" pələng qoruğunun yaxınlığındakı kənd sakinləri 35 yaşlı kişinin pələng tərəfindən parçalanmasından sonra üsyan qaldırıb.

Olaylar.az bildirir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.

Sandjay Mahato tualetə gedərkən pələngin hücumuna məruz qalıb. Kişi yırtıcı heyvanın dişlərində ölüb. Milli parkın rəhbərliyinin nümayəndəsi Neşamani K-nin sözlərinə görə, əvvəllər həmin pələng 12 yaşlı uşağı öldürüb. "Təkcə bu pələng artıq dörd nəfəri öldürüb. Yırtıcının tutulması üçün bütün lazımi tədbirləri görürük. Lakin leysan yağışlar səbəbindən əməliyyat asan deyil", - o, izahat verib.

Yerli sakinlər etiraz etməyə və məmurları fəaliyyətsizlikdə ittiham etməyə başlayıblar. Aksiya zamanı onlar Meşə Təsərrüfatı İdarəsinin avtomobilinə ziyan vurub və meşə təsərrüfatı idarəsinin əməkdaşı Sudjit Kumara hücum ediblər. Kumar onu əhatə edən izdihamdan qaça bilib.

Meşə Təsərrüfatı Departamenti pələngin ovlanması və tutulması üçün mütəxəssislərdən ibarət qrup təşkil edib. Şöbə pələngi tutmağa yaxın olduqlarını, lakin o, artıq iki dəfə onlardan qaça bilib. Bölgə hakimi Kanden Kumar bildirib ki, məmurlar təqib ediləcək təhlükəsizlik tədbirləri ilə bağlı məlumatları çatdırmağa çalışıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31