Almaniyanın şərqində Rusiyaya qarşı sanksiyaların ləğvi üçün mitinqlər keçirilir

Minlərlə etirazçı Almaniyanın şərqindəki Meklenburq-Ön Pommern əyalətinin bir sıra şəhərlərində küçələrə çıxıb. 

Olaylar.az xəbər verir ki, bu barədə NDR məlumat yayıb.
Etiraz aksiyaları Şverin, Noybrandenburq, Rostok, Vismar və başqa şəhərlərdə keçirilib.
Vətəndaşlar ölkənin enerji siyasətini tənqid edib, Kiyevə silah verilməsinə qarşı çıxıb və sülh danışıqlarına çağırıblar. Həmçinin Rusiyaya qarşı sanksiyaların ləğvini tələb ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31