Ukraynada hava hücumu xəbərdarlığı səslənir, insanlar sığınacaqlara göndərilir- ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukraynanın bütün bölgələrində hava hücumu xəbərdarlığı səslənir, fövqəladə xidmətlər SMS mesajlarında raket zərbələri ehtimalının yüksək olması və sığınacaqlarda oturmağın zəruriliyi barədə xəbərdarlıq edir. Ukrayna mətbuatının verdiyi məlumata görə, çərşənbə axşamı səhər saatlarında Odessa vilayətində və Vinnitsa, Rivne və Krivoy Roqda partlayışlar barədə məlumat daxil olub. Kiyevin nəzarətində olan Zaporojyedə də partlayış səsləri eşidilir. Kiyev vilayətində də partlayışların baş verdiyi bildirilir, ilkin məlumatlara görə, hava hücumundan müdafiə vasitələri aktivdir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31