Rəcəb Tayyib Ərdoğan xalqa müraciət edib

"Biz qlobal böhranın dağıdıcı təsirlərini minimuma endirməyə qadirik".
Olaylar.az xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.
"Bu ağrılı dövr təbii ki, ölkəmizə də təsir edir. Digər dövlətlərdən fərqli olaraq Türkiyə uzun müddətdir məruz qaldığı hücumlar və tələlər səbəbindən təhlükələri qabaqcadan görmə gücünə malikdir. Diplomatiyada uzun müddət üzləşdiyimiz ədalətsizliklər və ikili standartlar bizə regional dalğalanmalarla bağlı konstruktiv və yeni siyasətlər təqdim edir. Biz qlobal böhranın dağıdıcı təsirlərini minimuma endirməyə qadirik" - deyə dövlət başçısı qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31