Almaniya Müdafiə Nazirliyi: "Kiyevə tezliklə havadan müdafiə sistemləri verəcəyik"- ÖZƏL

Olaylar.az xəbər verir ki,  Almaniyanın müdafiə naziri Kristina Lambrext Ukrayna şəhərlərinə raket hücumlarını pisləyib və yaxın vaxtlarda Kiyevə hava hücumundan müdafiə sistemləri göndərəcəyini vəd edib. "Əhəmiyyətli infrastruktur obyektlərinin atəşə tutulmasından ən çox əziyyət çəkən Ukrayna vətəndaşlarıdır. Rusiyanın davranışı növbəti qəbuledilməz eskalasiyadır. Bu səbəbdən Ukraynaya yardım göndərmək lazımdır. Beləliklə, yaxın bir neçə gün ərzində Almaniya Kiyevə dörd təkmilləşdirilmiş orta mənzilli hava hücumundan müdafiə sistemlərindən birincisini IRIS-T SLM İnfra Qırmızı Görüntü Sistemi Tail təqdim edəcək". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31