Yaponiya səfirliyi həmvətənlərini Ukraynadan təxliyə olunmağa çağırıb

Olaylar.az xəbər verir ki, Yaponiyanın Ukraynadakı səfirliyi növbəti dəfə həmvətənlərini bu ölkənin ərazisini  tərk etməyə çağırıb. Diplomatik departament vətəndaşları Ukraynanın dövlət qurumlarına, hərbi obyektlərə və hava limanlarına, yarımstansiyalara, yük anbarlarına, eləcə də dəmir yolu hərəkəti ilə bağlı ola biləcək obyektlərə yaxınlaşmamağa çağırıb. Bundan əlavə, telefonla çəkiliş aparmamaq barədə xəbərdarlıq edilib.  

Oktyabrın 10-da səhər saatlarında Ukrayna mətbuatı Kiyevdə və Kiyev vilayətində partlayışlar barədə məlumat verib, regional hakimiyyət orqanları da bir sıra infrastruktur obyektlərinə raket zərbələri nəticəsində dəymiş ziyanı açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31