Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb

Ukrayna müharibənin 229-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiya indiyə qədər 62 870 hərbçi, 2 495 ədəd tank, 5 149 ədəd zirehli döyüş maşını, 1 486 ədəd artilleriya sistemi, 353 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 181 hava hücumundan müdafiə sistemi, 267 ədəd hərbi təyyarə, 235 ədəd helikopter, 3 908 ədəd avtomobil texnikası, 1097 ədəd PUA, 249 qanadlı raket, 15 gəmi/qayıq, 136 xüsusi avadanlıq itirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31