Kiyevdə atışmalardan sonra ölənlərin sayı AÇIQLANDI- ÖZƏL
10 Oktyabr 2022 12:13 DünyaOlaylar.az xəbər verir ki, Kiyev rəsmi mənbələri bu gün şəhərin atəşə tutulması nəticəsində ölən və yaralananlar barədə məlumat veriblər. Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərinin müşaviri Anton Geraşenkonun öz teleqram kanalında verdiyi məlumatlara görə, 5 nəfərin öldüyü, 12 nəfərin yaralandığı bildirilir. Eyni zamanda Ukraynanın bir sıra şəhərlərinə edilən hücumlardan sonra infrastruktura ziyan dəyib, elektrik enerjisinin verilişi dayandırılıb. Şəhər rəhbərliyi əhalidən sığınacaqdan çıxmamağı, Kiyevdən kənara ehtiyac olmadan səyahət etməməyi və şəhərə gəlməməyi xahiş edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31