Zelenski xalqı sığınacaqları tərk etməməyə çağırıb
10 Oktyabr 2022 11:37 DünyaUkrayna Prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının paytaxt Kiyev və digər vilayətlərə raket zərbəsi endirməsinə münasibət bildirib və xalqı sığınacaqları tərk etməməyə çağırıb.
Olaylar.az xəbər verir ki, bu barədə dövlət başçısı Telegram kanalında yazıb.
"Ukraynanın hər yerində hava hücumu səngimir. Raket zərbələri davam edir. Təəssüf ki, ölənlər və yaralananlar var. Özünüzün və yaxınlarınızın qayğısına qalın. Gəlin, güclü olaq", - V.Zelenski vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31