Pakistanda faciə: Səkkiz uşaq uçan damın altında qaldı

Pakistanın Gilgit-Baltistan bölgəsində yaşayış binasının damının uçması nəticəsində azı 9 nəfər ölüb.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, "TASS"-ın məlumatına görə, hadisə bazar günü səhər saatlarında rayonun şimal hissəsində yerləşən Çilas şəhərində baş verib. Hadisəyə kərpic damın bərbad vəziyyətdə olması səbəb olub. Damın qəfil çökməsi nəticəsində 8 uşaq və bir qadın dünyasını dəyişib.

İki saatlıq xilasetmə əməliyyatı zamanı onların cəsədləri dağıntılar altından çıxarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31