"İndi bütün Avropanı bir sual maraqlandırır" - Rəcəb Tayyib Ərdoğan

Avropa ölkələri bu qış Rusiyadan qaz tədarükünə qoyulan məhdudiyyətlər səbəbindən ciddi çətinliklərlə üzləşəcək.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"İndi bütün Avropanı bir sual maraqlandırır: "Bu qış necə keçəcək?", - deyə R.T.Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyənin bu qış enerji resursları ilə bağlı problemi olmayacaq.

Rusiya-Ukrayna müharibəsindən danışan Türkiyə Prezidenti qeyd edib ki, Ankara hazırda münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərdə vasitəçilikdə aparıcı rol oynayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31