Bu iki dövlət İsraildən hava hücumundan müdafiə sistemləri ALDI
9 Oktyabr 2022 23:05 DünyaBƏƏ və Bəhreyn İsraildən hava hücumundan müdafiə sistemləri alıb.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.
"İsrail hərbi podratçıları BƏƏ və Bəhreyni qabaqcıl hava hücumundan müdafiə sistemləri ilə təchiz etmək üçün müqavilələr imzalayıb", - deyə qəzetin məlumatında deyilir.
Qəzetin yazdığına görə, İsrail Mərakeşdə dron zavodları tikmək üçün razılığa gəlib. Mərakeş həmçinin İsrailin onlarla pilotsuz uçuş aparatını almağı planlaşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31