İstanbulda binada partlayış olub, yaralanan var - VİDEO + (ƏLAVƏ OLUNUB)

Türkiyənin İstanbul şəhərində 3 mərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, partlayışdan sonra binada yanğın başlayıb, 1 nəfər yaralı vəziyyətdə yanğından xilas edilib.

Hadisə yerinə çox sayda yanğınsöndürmə və təcili yardım briqadaları cəlb edilib. Yanğınsöndürənlərin səyləri nəticəsində yanğın nəzarətə götürülüb.

Bildirilir ki, partlayışa səbəb binanın üçüncü mərtəbəsində yerləşən mənzildə qaz sızması olub.

***

Türkiyənin İstanbul şəhərində binada partlayış baş verib.

Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, partlayışdan sonra binada yanğın başlayıb, 1 nəfər yaralı vəziyyətdə yanğından xilas edilib.

Hadisə yerinə çox sayda yanğınsöndürmə və təcili yardım briqadaları cəlb edilib.

Partlayışın səbəbi barədə məlumat verilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31