"Emmanuel Makron yaxın günlərdə Türkiyəyə səfər edə bilər" - Çavuşoğlu

Fransa prezidenti Emmanuel Makron yaxın vaxtlarda Türkiyəyə səfər edə bilər.

Olaylar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir səfərin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacağını dəqiqləşdirib.

Mövlud Çavuşoğlu əlavə edib ki, səfərin yaxın gələcəkdə baş tutması üçün Fransa xarici işlər naziri ilə səyləri əlaqələndirəcəyik.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31