"Sanksiya tətbiq ediləcək bir sahə qalmadı" - Kaja Kallas
9 Oktyabr 2022 19:00 DünyaAvropa Birliyi Rusiyaya yeni sanksiyalar tətbiq etməkdə çətinlik çəkir.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Estoniya Baş naziri Kaja Kallas danışıb.
Kallas qeyd edib ki, sanksiyaların tətbiq oluna biləcəyi çox sahələr qalmadığı üçün bu, artıq problemdir.
Onun fikrincə, Avropa Birliyinin bu mövzuda vahid mövqe tutması getdikcə çətinləşir.
Qeyd edək ki, AB cümə axşamı günü həm yeni iqtisadi məhdudiyyətlər, həm də şəxsi sanksiyaların genişləndirilmiş siyahılarını özündə birləşdirən səkkizinci antirusiya sanksiyalar paketini təqdim edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31