“Avropanın bütün dövlətləri Rusiyanın istənilən təsir şəbəkələrini dağıtmalıdır" - Zelenski
8 Oktyabr 2022 23:48 DünyaUkrayna Prezidenti Volodimir Zelenski Aİ ölkələrini siyasət, iqtisadiyyat və enerji sahələrində Rusiyadan müstəqillik kursuna başlamağa çağırıb.
Olaylar.az oxu.az-a istinadən bildirir ki, o, bu barədə Monteneqro Təhlükəsizlik Forumu üçün videomüraciətində bildirib.
"Avropanın bütün dövlətləri Rusiyanın istənilən təsir şəbəkələrini dağıtmalıdır ki, dezinformasiya, korrupsiya və cinayət siyasəti yayılmasın. Balkanlar üçün bu, bizim regionumuzdan heç də az əhəmiyyət kəsb etmir", - deyə Zelenski bildirib.
O qeyd edib ki, bütün Avropa ölkələri öz aralarında müttəfiqlik və əməkdaşlığı gücləndirərək Rusiyadan tam müstəqilliyə nail olmalıdırlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31