Təxribat şübhəsi səbəbilə qatarlar bir neçə saat DAYANDIRILDI

Almaniyanın şimalında oktyabrın 8-də kommunikasiya xətlərinin zədələnməsi səbəbindən dəmir yolu hərəkəti dayanıb.

Olaylar.az bildirir ki, bu səhər dəmiryolunun radio rabitə şəbəkəsi tamamilə sıradan çıxıb.

Təhlükəsizlik rəsmilərinin sözlərinə görə, uğursuzluq Berlin yaxınlığındakı kabel kanalında naməlum şəxslərin məlumat xəttini kəsməsi səbəbindən baş verib. Həmçinin Dortmund yaxınlığında da oxşar təxribat aktı olub.

Almaniyanın şimalında baş verən hadisə ilə bağlı ICE, IC və EC tipli qatarlar dayanıb. Bəzi şəhərlərdə regional qatarlar işləməyib.

Artıq aidiyyatı orqanlar araşdırmalara başlayıb.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31