Artıq təslim olmaq belə sizi XİLAS ETMƏYƏCƏK
8 Oktyabr 2022 22:13 DünyaUkrayna ordusu yaydan bəri hədəf aldığı Rusiya ilə Krımı birləşdirən Krım körpüsünü bomba yüklü yük maşını ilə partladıb.
Olaylar.az milli.az-a istinadən bildirir ki, gündəmə də bomba kimi düşən bu hadisədən sonra rus ordusu əllərindəki Ukrayna əsgərlərinin görüntülərini paylaşaraq "Artıq təslim olmaq belə sizi xilas etməyəcək", - deyə bildiriblər.
Məlumat üçün bildirək ki, Krım körpüsündə baş verən partlayış nəticəsində 3 nəfər ölüb.
Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov partlayışla bağlı verdiyi açıqlamada bunları bildirib: "Rusiya Fövqəladə Hallar Nazirliyi və Nəqliyyat Nazirliyinin Krım körpüsündəki vəziyyətlə bağlı hesabatları Rusiya prezidenti Vladimir Putin və Rusiyanın baş naziri Mixail Mişustinə təqdim edilib. Putin partlayışı araşdırmaq üçün komissiyanın yaradılmasına göstəriş verib".